Əsas Səhifə > Cəmiyyət > DTX tərəfindən saxlanılan XİN-in Konsulluq İdarəsinin rəisi Faiq Bağırov məhkəməyə gətirilib
DTX tərəfindən saxlanılan XİN-in Konsulluq İdarəsinin rəisi Faiq Bağırov məhkəməyə gətirilib10-07-2020, 17:12 |
|
Azərbaycanın Türkiyədəki keçmiş səfiri, Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin rəisi Faiq Bağırov barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəməyə gətirilib. Rubrika.AZ-ın APA-ya istinadən məlumatına görə, hazırda Səbail Məhkəməsində hakim Şahin Abdullayev sədrliyi ilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təqdimatına baxılır. Xatırladaq ki, F.Bağırov DTX tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə), 308.1-ci (vəzifə səlahiyyətlərini aşma) və 311.3.2-ci (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham verilib. Rubrika.Az Geri qayıt |