Əsas Səhifə > Hadisə > Kürdə 3 nəfər batıb

Kürdə 3 nəfər batıb


10-07-2020, 17:18
Kürdə 3 nəfər batıb


Zərdabda 3 nəfər Kürdə batıb

Rubrika.Az xəbər verir ki, ötən gün Kür çayının Zərdabın Burunlu kəndindən keçən hissəsində ailələri ilə birlikdə istirahət edən Gədəbəy sakinləri - 1990-cı il təvəllüdlü Cavid Arzu oğlu Yusifov, 2005-ci il təvəllüdlü Rahil Mahir oğlu Hüseynov və 2007-ci il təvəllüdlü Nahidə Rəşadət qızı İsmayılova çayda batıblar.

Məlumata görə, N. İsmayılova batan kiçik qardaşını xilas etmək istəyərkən boğulub. N. İsmayılovanın meyiti tapılaraq sudan çıxarılıb. Digər 2 nəfərin axtarışları davam etdirilir.//Yenisabah.az


Rubrika.Az
Geri qayıt