Əsas Səhifə > Dünya > KİV: İtaliyada fövqəladə vəziyyət rejimi dekabrın 31-dək uzadıla bilər
KİV: İtaliyada fövqəladə vəziyyət rejimi dekabrın 31-dək uzadıla bilər10-07-2020, 19:19 |
|
İtaliyada yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar bu ilin yanvar ayından tətbiq olunan fövqəladə vəziyyət rejiminin müddəti ilin sonunadək uzadıla bilər. Rubrika.Az-ın xəbərinə görə, bu barədə bu gün ANSA agentliyi hökumətdəki mənbəyə istinadən məlumat yayıb. Bildirilib ki, İtaliyada fövqəladə vəziyyət rejiminin müddəti dekabrın 31-dək uzadıla bilər. Agentliyin məlumatına görə, lakin bununla bağlı hələlik rəsmi qərar qəbul olunmayıb. Bir müddət əvvəl isə İtaliyanın Baş Naziri Cüzeppe Konte iyulun 31-də başa çatacaq fövqəladə vəziyyət rejiminin uzadılacağının anonsunu verib. Qeyd edək ki, İtaliyada indiyədək COVID-19-a 242 mindən çox yoluxma qeydə alınıb, virusa yoluxanlardan 35 minə yaxın insan vəfat edib. Rubrika.Az Geri qayıt |