Əsas Səhifə > Dünya > Əfqanıstanda "Taliban" hücumu: bir polis ölüb, 6-sı girov götürülüb
Əfqanıstanda "Taliban" hücumu: bir polis ölüb, 6-sı girov götürülüb11-07-2020, 12:21 |
|
Əfqanıstanda Nəzarət-Buraxılış Məntəqəsinə “Taliban” silahlılarının hücumu nəticəsində bir polis əməkdaşı ölüb, terrorçular 6 asayiş keşikçisini girov götürüb. Rubrika.Az Report-a istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyətin nümayəndəsi “RİA Novosti”yə bildirib. Hadisə Əfqanıstanın cənub-qərbində yerləşən Fərəh əyalətində baş verib. Əyalət şurasının üzvü Dadullah Xanın sözlərinə görə, “taliblər” iyulun 10-da gecə saatlarında Seyidabad məntəqəsinə hücum edib. Fərəh əyalətinin polis rəisi isə hadisə ilə bağlı açıqlama verməkdən imtina edib. Rubrika.Az Geri qayıt |