Əsas Səhifə > Dünya > ABŞ-da 3 gündə 200 minə yaxın insan koronavirusa yoluxub
ABŞ-da 3 gündə 200 minə yaxın insan koronavirusa yoluxub11-07-2020, 12:39 |
|
Koronavirusdan ən çox əziyyət çəkən ölkə olan ABŞ üç gündür ki, yoluxma sayına görə rekord qırır. Rubrika.Az xəbər verir ki, ölkədə son sutka ərzində 67 min insanda virus simptomları müşahidə edilib. Bildirək ki, ötən gün 65 min 551, ondan bir əvvəlki gün isə 60 min 20 nəfər virusa yoluxmuşdu. Bu göstəricilərə əsasən, ABŞ-da günlük yoluxma sayının 70 minə doğru getdiyini deyə bilərik. Bugünədək ölkədə 3 milyon 184 min 573 nəfərdə virus aşkarlanıb. Onlardan 134 min 92 nəfər həyatını itirib. Rubrika.Az Geri qayıt |