Əsas Səhifə > Gündəm > Müdafiə Nazirliyi: İtki verən düşmən geri otuzdurulub, şəhidlərimiz var

Müdafiə Nazirliyi: İtki verən düşmən geri otuzdurulub, şəhidlərimiz var


12-07-2020, 17:49
Müdafiə Nazirliyi: İtki verən düşmən geri otuzdurulub, şəhidlərimiz var



Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Müdafiə Nazirliyindən Rubrik.Az-a verilən məlumata görə, görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri otuzdurulub.
Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olanların ailələrinə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin!



Rubrika.Az
Geri qayıt