Əsas Səhifə > Səhiyyə > Gürcüstanda koronavirusa yoluxanların sayı 995-ə çatdı
Gürcüstanda koronavirusa yoluxanların sayı 995-ə çatdı13-07-2020, 10:53 |
|
Gürcüstanda son sutkada daha 9 nəfərin koronavirusa yoluxması müəyyənləşib. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib. Bununla da, qonşu ölkədə indiyədək COVID-19 virus infeksiyasına yoluxanların ümumi sayı 995-ə çatıb. Onların 857-i müalicə olunaraq sağalıb, 15-i isə vəfat edib. Hazırda Gürcüstan üzrə karantində 5 001, stasionar nəzarətdə isə 219 nəfər saxlanılır. Rubrika.az Geri qayıt |