Əsas Səhifə > Siyasət > “Düşmənin təxribatına inanmayın!” - Müdafiə Nazirliyinin rəsmisi

“Düşmənin təxribatına inanmayın!” - Müdafiə Nazirliyinin rəsmisi


13-07-2020, 14:31
“Düşmənin təxribatına inanmayın!” - Müdafiə Nazirliyinin rəsmisi

"Düşmən təxribatlarını təkcə cəbhə xəttində deyil, həm də sosial şəbəkələr vasitəsi ilə həyata keçirməyə çalışır".

Rubrika.Az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı bildirib.

O qeyd edib ki, düşmən sosial şəbəkələrdə yalan məlumatlar yayır:

“Guya onlar bizim hərbi texnikamızı, guya ordumuza məxsus PUA-nı vurublar, yaralılarımız çoxdur, guya onlara qan çatdıra bilmirik. Bu məlumatların hamısı yalandır. Bizim heç bir texnikamız və ordumuza məxsus PUA vurulmayıb, yaralılarımız da çox deyil. Xalqımızı düşmənin təxribatına inanmamağa çağırıram”.

Rubrika.Az
Geri qayıt