Əsas Səhifə > Cəmiyyət > Məhkum ərinə heroin gətirən qadın saxlanıldı
Məhkum ərinə heroin gətirən qadın saxlanıldı14-07-2020, 10:33 |
|
Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb. Rubrika.Az Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 234.1, 93.1.2-ci maddəsinə əsasən təqsirli bilinərək 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Hüseynov Süleyman Rafiq oğluna arvadı Bakı şəhər sakini Seyidova Nigar Pənah qızı tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Bu zaman coraba hopdurulmuş 0,128 qram narkotik vasitə “heroin” aşkar edilib. Faktla bağlı araşdırma aparılır. Rubrika.Az Geri qayıt |