Əsas Səhifə > İstisadiyyat > OPEC qlobal neft tələbatı üzrə proqnozunu yaxşılaşdırıb

OPEC qlobal neft tələbatı üzrə proqnozunu yaxşılaşdırıb


14-07-2020, 17:24
OPEC qlobal neft tələbatı üzrə proqnozunu yaxşılaşdırıb



Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) qlobal neft tələbatının azalması üzrə proqnozunu 100 min barel yaxşılaşdırıb.

Rubrika.Az-ın "APA-Economics"-ə istinadən verdiyi məlumata görə, bu il gündəlik qlobal neft tələbatı 8,9 mln. barel azalacaq.

Hesabat əsasən, 2020-ci ildə dünyada neftə olan gündəlik tələbat 90,72 mln. barel olacaq (2019-cu ildə bu göstərici 99,67 mln. barel təşkil edib).

Bununla yanaşı, OPEC-in proqnozuna görə, cari illə müqayisədə 2021-ci ildə tələbin inamlı artımı gözlənilir. Beləliklə, gələn il bu göstəricinin 97,72 mln. barel səviyyəsinədək artımı proqnozlaşdırılır.


Rubrika.Az
Geri qayıt