Əsas Səhifə > Cəmiyyət > Xınalığa leysan yağıb - FAKTİKİ HAVA
Xınalığa leysan yağıb - FAKTİKİ HAVA14-07-2020, 18:09 |
|
Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb. Xidmətdən Rubrika.Az-a verilən məlumata görə, Xınalıq kəndi yaxınlığında Qudyal çayı qidalandıran sol qolda saat 14:25-dən başlanan leysan yağış nəticəsində bir saat ərzində 23,6 mm yağıntı düşüb. Qudyal çayın mənsəbinə yaxın yerdə suyun səviyyəsinin hazırda yüksəlməsi davam edir. Mənsəbdən 7-8 km yuxarıda, Hacıqurbanov kəndinə gedən kanal və arxlar su ilə dolub daşıb. Rubrika.Az Geri qayıt |