Əsas Səhifə > Dünya > Casusluq ittiham olunan iranlı edam edildi
Casusluq ittiham olunan iranlı edam edildi14-07-2020, 18:44 |
|
İran Müdafiə Nazirliyinin Hava-Kosmik Agentliyindən təqaüdə çıxan Rıza Əsgərinin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) adından casusluq etdiyi səbəbiylə edam edildiyi bildirilib. Rubrika.Az Unikal.org-ə istinadən məlumat verir ki, İranın rəsmi İRNA agentliyindəki xəbərə görə, hakim sözçüsü Qulam Hüseyn İsmaili paytaxt Tehranda mətbuat konfransı keçirdib. “2016-cı ildə Müdafiə Nazirliyi Hava-Kosmik Agentliyindən təqaüdə çıxmadan əvvəl və sonra, raket fəaliyyətimiz haqqında CİA-ya məlumat satdığı və bunun müqabilində pul aldığı aşkarlanan Rıza Əsgəri haqqında edam qərarı ötən həftə icra edildi”- deyə sözçü çıxışı zamanı qeyd edərək Riza barəsində edam hökmünü oxuyub. Rubrika.Az Geri qayıt |