Əsas Səhifə > Dünya > Ukrayna səfiri Ermənistan XİN-ə dəvət edilib
Ukrayna səfiri Ermənistan XİN-ə dəvət edilib14-07-2020, 18:50 |
|
Bu gün Ukraynanın Ermənistandakı səfiri İvan Kuleba işlədiyi ölkənin Xarici İşlər Nazirliyinə dəvət olunub. Rubrika.Az Report-a istinadən xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin bu barədəki açıqlamasında bildirilir: “Ukrayna səfirini qəbul edən xarici işlər nazirinin müavini Şavarş Köçəryan ona Ukrayna Xarici İşlər Nazirliyinin Ermənistan – Azərbaycan sərhədindəki gərginliklə bağlı bəyanatına dair Ermənistan XİN-in mövqeyini təqdim edib”. Xatırladaq ki, iyulun 13-də Ukrayna Xarici İşlər Nazirliyi bu məsələnin Azərbaycanın beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə əsaslanan siyasi həllinə tərəfdar olduqlarını bildirib. Rubrika.Az Geri qayıt |