Əsas Səhifə > Cəmiyyət > "Təxribatçı qüvvələrlə bağlı hüquq-mühafizə orqanları tədbir görəcək" - MİLLİ MƏCLİSDƏN AÇIQLAMA
"Təxribatçı qüvvələrlə bağlı hüquq-mühafizə orqanları tədbir görəcək" - MİLLİ MƏCLİSDƏN AÇIQLAMA15-07-2020, 16:45 |
![]() “Dünən yürüş iştirakçılarının bir hissəsi qanunsuz olaraq Milli Məclisin binasına daxil olub və dağıntılar törədiblər”. Rubrika.az-ın APA-ya istinadla məlumatına görə, bunu bu gün Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Əli bildirib. C. Əli deyib ki, polis dağıntı törədən həmin şəxsləri binadan çıxarıb: “Hazırda Baş Prokurorluq hadisə ilə bağlı araşdırma aparır. Milli Məclisin binasına və inventarına nə qədər zərər vurulduğu araşdırılacaq”. C. Əli qeyd edib ki, hazırkı dövr həssas yanaşma tələb edir: “KİV-dən də Milli Məclisə həssas yanaşmağı istəyirik. Təxribatçı qüvvələrlə bağlı hüquq-mühafizə orqanları tədbirlər görəcək”. Rubrika.Az Geri qayıt |