Əsas Səhifə > Cəmiyyət > Qəbələnin dağlıq ərazilərinə dolu düşüb - FAKTİKİ HAVA
Qəbələnin dağlıq ərazilərinə dolu düşüb - FAKTİKİ HAVA15-07-2020, 17:33 |
|
Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb. Xidmətdən Rubrika.Az-a bildirilib ki, iyulun 15-i saat 17:00-a olan məlumatına əsasən Xınalıq, Daşkəsən, Oğuz, İsmayıllı, Altıağac, Xaltan, Qrız, Qəbələ, Şamaxı, Mərəzədə şimşək çaxıb, leysan xarakterli yağış yağıb. Düşən yağışın miqdarı Şamaxıda 23, Dəmiraparançay-Qəbələdə 21 mm olub. Yağan leysan yağış nəticəsində Dəmiraparançay və Pirsaatçay Poladlıdan sel keçib. Saat 14:30-da Qəbələ rayonunun dağlıq ərazilərinə xırda dənəli dolu düşüb. Şimal-qərb küləyi Qəbələdə 24 m/s, Göyçayda 18 m/s-dək güclənib. Rubrika.Az Geri qayıt |