Əsas Səhifə > Səhiyyə > Dünyada koronavirusdan sağalanların sayı səkkiz milyonu keçdi - STATİSTİKA
Dünyada koronavirusdan sağalanların sayı səkkiz milyonu keçdi - STATİSTİKA16-07-2020, 10:32 |
|
Dünyada 13 696 738 nəfərdə koronavirus aşkar edilib. Bu barədə Oxu.Az-ın onlayn statistikasında qeyd edilir. Virusa yoluxanlardan 586 885-i ölüb, 8 155 561-i sağalıb. Koronavirusdan yoluxmanın (3 616 747) və ölümün (140 140 nəfər) ən çox müşahidə edildiyi dövlət ABŞ-dır. İkinci yerdə 1 970 909 yoluxma və 75 523 ölüm sayı ilə Braziliya gəlir. Azərbaycanın sərhəd qonşularından Rusiya 746 369 yoluxma ilə ölkələr arasında dördüncü, İran isə 264 561 yoluxma sayı ilə 11-cidir. Türkiyədə koronavirusa 215 940, Ermənistanda 33 005, Gürcüstanda isə 1 004 yoluxma qeydə alınıb. Azərbaycanda koronavirusun aşkar edildiyi 25 672 nəfərdən 326-sı həyatını itirib, 16 695-i sağalıb. Rubrika.az Geri qayıt |