Əsas Səhifə > Siyasət > “Elmar Məmmədyarov milli nazir deyildi” – Onun korrupsiyaya bulaşdığı…
“Elmar Məmmədyarov milli nazir deyildi” – Onun korrupsiyaya bulaşdığı…16-07-2020, 17:16 |
|
Xarici İşlər naziri Elmar Məmmədyarov tutduğu vəzifədən azad edilib. Onun işdən çıxarılması iyulun 12-də Ermənistan-Azərbaycan sərhəddində hərbi vəziyyətin kəskinləşməsi ilə izah edilir. Məsələ burasındadır ki, Tovuz istiqamətində şiddətli döyüşlər getdiyi bir vaxtda Elmar Məmmədyarov iş başında olmayıb. Bu fakt Prezidentin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin dünənki iclasında ictimaiyyətə bəlli olub. Prezident İlham Əliyev deyib ki, həmin vaxt Elmar Məmmədyarovu iş yerində tapa bilməyib. “Xarici İşlər Nazirliyi nə ilə məşğul idi? Harada idi? Ayın 12-də hadisələr baş verəndən sonra biz iş yerindəydik. Baş Nazir iş yerində, mən iş yerində səhərə qədər. Müdafiə naziri, Baş Qərargah rəisi, həmçinin Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, Daxili İşlər naziri, Xarici Kəşfiyyat Xidmətinin rəisi, Təhlükəsizlik Şurasının katibi gecə səhərə qədər iş yerində. Mən Xarici İşlər nazirini tapa bilmədim. Mən Əli Əsədovdan soruşdum, haradadır. Sənə nə dedi? De”, - deyə Prezident qəzəbli tonda bildirib. Baş nazir Əli Əsədov isə bildirib ki, o Elmar Məmmədyarovla əlaqə saxlayaraq harada olduğunu soruşub, nazir isə “evdən işləyirəm” deyə cavab verib. Nazirlər Kabinetinin iclası dünən keçirilib. Bu gün isə səhər saatlarından Elmar Məmmədyarovun işdən çıxarılması barədə qeyri-rəsmi məlumat yayılıb. Bu məlumat günorta saatlarından sonra təsdiqlənib. Prezidentin Elmar Məmmədyarovun işdən çıxarılması barədə sərəncamı rəsmi mediada dərc olunub. Elmar Məmmədyarov 16 il idi ki, Azərbaycanın xarici siyasət institununa rəhbərlik edirdi. Ümumiyyətlə isə onun diplomat kimi karyerasının başlanğıcı 80-ci illərə gedib çıxır. Elmar Məmmədyarov 16 il Xarici İşlər naziri olmasına baxmayaraq, hər hansı əhəmiyyətli diplomatik uğura imza atdığına dair bir nümunə yoxdur. Son illər isə artıq hakimiyyət dəhlizələrində də onun fəaliyyəti ilə bağlı narazılıqlar yüksək səslə deyilməyə başlamışdı. Ermənistanın Baş naziri Nikol Paşinyanın sərt ritorikası qarşısında Elmar Məmmədyarovun mülayimliyi isə nəhayət səbr kasasını daşırmış və bir neçə hökumət yönlü deputat onu sərt tənqid etmişdi. Elmar Məmmədyarovun oğlunun Nyu Yorkda 4 milyon dollara mənzil alması barədə məlumat isə onu daha da nüfuzdan saldı. Nəhayət, “iyul təxribat”ında sərgilədiyi davranış onun karyerasının bitməsinə səbəb oldu. Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Yenisabah.az-a açıqlamasında bildirib ki, Elmar Məmmədyarov çoxdan istefa verməli idi. Politoloq bunun səbəbi kimi bir çox amilləri önə çəkib. Bura Elmar Məmmədyarovun ana dilində danışa bilməməsindən tutmuş “mənzil qalmaqalı”na qədər daxildir. “Elmar Məmmədyarovun istefaya göndərilməsi doğru addım idi. Çünki o Azərbaycanın xarici siyasət instituna rəhbrəlik etsə də, doğma ana dilində belə, danışa bilmirdi. Bunadan başqa, “ev qalmaqalı” da Elmar Məmmədyarovun fəaliyyətinin şəffaf olmasına şübhələri artırdı. Söhbət artıq keçmiş nazirin oğlunun Nyu Yorkda dəyəri milyon dollarla ölçülən mənzil almasından gedir. Bu fakt Elmar Məmmədyarovun da korrupsiaya bulaşdığına şühələri artırdı. Daha sonra Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı ortaya iri miqyaslı korrupsiaya faktları çıxdı. O isə bu məsələlərə aydınlıq gətirə bilmədi. Ona görə də Elmar Məmmədyarovun istefaya göndərilməsi zərurətə çevrildi”, - deyə politoloq vurğulayıb. Rubrika.Az Geri qayıt |