Əsas Səhifə > Dünya > Putin Krım səfərini iyulun 20-nə təxirə saldı
Putin Krım səfərini iyulun 20-nə təxirə saldı16-07-2020, 18:06 |
|
Kremlin sözçüsü Dmitri Peskov prezident Vladimir Putinin yeni hərbi gəmilərin təməlinin atılma mərasimində iştirak etmək üçün Kerçə səfərinin təxirə salındığını bildirib. Rubrika.Az xəbər verir ki, onun sözlərinə görə, Krıma səfər iyulun 20-də baş tutacaq. Bildirilir ki, bu gün Putin Moskva yaxınlığındakı Novo-Oqaryovoda işləyəcək və "ənənəvi olaraq yayda başlayacaq büdcə prosesinə start verəcək". Daha əvvəl bildirilmişdi ki, iyulun 16-da Putin gəmiqayırma zavoduna baş çəkəcək, həmçinin sənaye nümayəndələri ilə görüş keçirəcək. Rubrika.Az Geri qayıt |