Əsas Səhifə > Siyasət > Raketlərimiz Azərbaycanın əmrindədir - Türkiyədən daha bir dəstək
Raketlərimiz Azərbaycanın əmrindədir - Türkiyədən daha bir dəstək17-07-2020, 13:25 |
|
"PUA-larımız, raketlərimiz Azərbaycanın əmrindədir” Bunu Türkiyənin Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir deyib. O, Türkiyədə səfərdə olan Azərbaycan Müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-polkovnik Kərəm Mustafayev və Müdafiə nazirinin digər müavini, Hərbi Hava Qüvvələri Komandanı general-leytenant Ramiz Tahirovla görüş keçirib. Görüş barədə sosial şəbəkə hesabında məlumat paylaşan İ.Dəmir qeyd edib: "İki qardaş ölkənin bir daha tək ürək olduğunu bütün dünyaya göstərməli olduğumuz zamanda müdafiə sənayesində də əməkdaşlıq məsələlərini müzakirə etdik". Rubrika.Az Geri qayıt |