Əsas Səhifə > Cəmiyyət > Bakının mərkəzinə gələn magistral su kəmərində qəza olub, paytaxtın 4 rayonunda suyun verilməsində məhdudiyyət yaranıb
Bakının mərkəzinə gələn magistral su kəmərində qəza olub, paytaxtın 4 rayonunda suyun verilməsində məhdudiyyət yaranıb17-07-2020, 17:22 |
|
Bakı şəhərinin mərkəzi hissəsini qidalandıran magistral su kəmərində (Sulutəpə qəsəbəsi ərazisindən keçən hissəsində) qəza baş verib. "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının Rurika.Az-a verdiyi xəbərə görə, baş vermiş qəza ilə əlaqədar Səbail, Yasamal, Nəsimi və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində 18 iyul 2020-ci il səhər saatlarına qədər məhdudiyyətlər olacaq: ""Azərsu" ASC-nin qəza briqadaları, xüsusi texnikası əraziyə cəlb edilib və qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür". Rubrika.Az Geri qayıt |