Əsas Səhifə > İdman > Qara Qarayev: “Şəxsiyyət vəsiqəmdə göstərilmiş Füzuliyə geri qayıdacağıma ümid edirəm”
Qara Qarayev: “Şəxsiyyət vəsiqəmdə göstərilmiş Füzuliyə geri qayıdacağıma ümid edirəm”17-07-2020, 17:25 |
|
“Qarabağ” futbol klubu Qarabağın bir parçasıdır. Klubumuz bu adı daşımaqla Qarabağın bütün dünyada hansı ölkəyə məxsus olmasını göstərən bariz nümunədir”. Rubrika.Az xəbər veirir ki, bunu Oxu.Az-a millimizin və “Qarabağ”ın futbolçusu Qara Qarayev deyib. Hazırda komandası ilə Qəbələdə Çempionlar Liqasının I təsnifat mərhələsinə hazırlaşan Qara Qarayev Tovuzda baş verənlərə münasibətini bildirib: “Həmişə şəhid verdiyimiz vaxt kədərimiz cəbhədə baş verənlərə uyğun olub. Belə hallar həmişə biz futbolçulara pis təsir edib. Tovuzdakı hadisələr də bura aiddir. Biz fiziki cəhətdən ola bilməsək də, mənəvi baxımdan daim əsgərlərimizlə birgəyik. Ehtiyac duyularsa, biz də əsgər getməyə hazırıq. Verilən itkilər hamı kimi bizi də məyus etdi. Allahdan şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyirəm. Ümid edirəm ki, biz tezliklə tarixi zəfərimizi qazanacağıq. Ümid edirəm ki, şəxsiyyət vəsiqəmdə doğum yeri kimi göstərilmiş Füzuli rayonuna geri qayıdacağam”. Rubrika.Az Geri qayıt |