Əsas Səhifə > Dünya > “Aya Sofya qərarı Rusiya-Türkiyə münasibətlərinə zərər verməz” - Kreml

“Aya Sofya qərarı Rusiya-Türkiyə münasibətlərinə zərər verməz” - Kreml


17-07-2020, 17:37
“Aya Sofya qərarı Rusiya-Türkiyə münasibətlərinə zərər verməz” - Kreml


Rusiya Prezidentinin sözçüsü Dmitriy Peskov Aya Sofyanın məscidə çevrilmə qərarının Rusiya-Türkiyə münasibətlərinə zərər verməyəcəyini bildirib.

Rubrika.Az xəbər verir ki, Dmitriy Peskov bu barədə "Avtoradyo" radiokanalına müsahibəsində açıqlama verib.

"Ayasofya qərarının rus-türk münasibətlərinə zərər verəcəyini düşünmürəm. Bu məsələnin Türkiyənin daxili işi olduğuna dair bizim rəsmi mövqeyimiz var. Türk tərəfdaşlarımızın hər hansı bir qərarda Aya Sofyanın daha əvvəl UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısında olduğunu və bir çox xristiyan və ortodokslar üçün müqəddəs məna daşıdığını nəzərə alacağına ümid edirik",-deyə Peskov bildirib.



Rubrika.Az
Geri qayıt