Əsas Səhifə > Siyasət > Naxçıvan Ali Məclisinin sessiyası çağırıldı
Naxçıvan Ali Məclisinin sessiyası çağırıldı17-07-2020, 20:42 |
|
İyulun 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov "Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasının çağırılması haqqında Qərar"ı imzalayıb. Rubrika.Az xəbər verir ki, qərarda deyilir: “Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 18-ci maddəsinin I hissəsini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır: I. Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyası 2020-ci il iyul ayının 21-də saat 1100-da Naxçıvan şəhərində çağırılsın. II. Sessiyanın müzakirəsinə aşağıdakı məsələ verilsin: 2020-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları III. Sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunurlar”. Rubrika.Az Geri qayıt |