Əsas Səhifə > Səhiyyə > ÜST: Dünyada koronavirusa daha 166,7 min insan yoluxub
ÜST: Dünyada koronavirusa daha 166,7 min insan yoluxub20-07-2020, 09:45 |
|
Son gün ərzində dünyada koronavirusa yeni 166 735 yoluxma və 4 496 ölüm qeydə alınıb. Rubrika.az “Report"a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. ÜST-ün son məlumatlarına görə, dünyada COVID-19-a yoluxma hallarının ümumi sayı 14 043 176-ya çatıb, COVID-19-dan 597 583 pasiyent ölüb. Təhlükəli virusa ən çox yoluxma Şimali və Cənubi Amerikada qeydə alınıb. Bu qitədə koronavirus 7 376 748 insanda aşkarlanıb. Siyahıda ikinci yerdə Avropa qərarlaşıb. "Köhnə qitə"də COVID-la bağlı 3 060 525 testin nəticəsi müsbət olub. Qeyd edək ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb. Rubrika.az Geri qayıt |