Əsas Səhifə > Media > Erməni təcavüzünə qarşı ümumxalq birliyi
Erməni təcavüzünə qarşı ümumxalq birliyi20-07-2020, 13:10 |
![]() Ermənistan silahlı qüvvələrinin iyul ayının 12-dən başlayaraq Azərbaycanın Tovuz rayonu istiqamətində etdiyi hücumlar bizi bir vətəndaş kimi çox sarsıtdı.Amma ordumuzun erməni düşmənlərinə layiqli cavab verməsi biizi qürurlandırdı. Bütün Azərbaycan xalqı-cavan,qoca,qadın,kişi yaşından,milliyətindən asılı olmayaraq ön və arxa cəbhədə olan hər bir Azərbaycan vətəndaşımız Ali baş komandanımız İlham Əliyevlə həmrəy olduqlarını,silahlı qüvvələrimizə öz dəstəklərini nümayiş etdirdilər. Ölkə ərazisində fəaliyyət göstərən siyasi partiya sədrlərinin əksəriyyəti (43 siyasi partiya)bu prosesdən geridə qalmayaraq müxtəlif fikir ayrılıqları olsa da,rəqabəti bir kənara qoyaraq Azərbaycanın Ali Baş Komandanı cənab İlham Əliyevlə həmrəy olduqlarını bəyan etmişlər. Birgə bəyanatda-Vətən təhlükədə olan zaman rəqabət yox,əsil Azərbaycan əsgəri kimi təhlükəni dəf etməkdə Prezident, Ali Baş Komandan cənab İlham Heydər oğlu Əliyevin yanında olduqlarını və düşmənə qarşı olmalarını istər hərbi sahədə,istərsə də siyasi arenada öz dəstəklərini bəyan etdilər. Birgə bəyanatda bir çox Siyasi Partiyaların sədrləri Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov, Azad Demokratlar Partiyasın sədri Sülhəddin Əkbər, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn və s.ayrıca bəyanat verərək Vətənin təcavüzə məruz qaldığı günlərdə Möhtərəm Prezidentimiz,Ali Baş Komandan İlham Əliyevin və Ordumuzun yanında olduqlarını bildirmişlər. Ordumuz Tovuz rayonunun Ağdam,Dondar-Quşçu kəndləri istiqamətində düşmən hücumunun qarşısını qəhrəmanlıqla alaraq, xalqımıza böyük ruh yüksəkliyi bəxş etmişdir. Ordumuza-Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal olunmuş bütün torpaqların alınmasını və Azərbaycanımızın ərazi bütövlüyünün təmin olunmasını arzu edirəm. Qələbə bizimlədir. Vaqif Qasımov. Nəsimi rayon sakini Geri qayıt |