Əsas Səhifə > Media > Azərbaycan xalqı ağır günlərdə hamılıqla bir nöqtəyə vuracaq qədər həmrəydir
Azərbaycan xalqı ağır günlərdə hamılıqla bir nöqtəyə vuracaq qədər həmrəydir20-07-2020, 13:19 |
![]() Türk dünyasının böyük oğlu M.K.Atatürkün çox sevdiyim “Söz konusu vətənsə, gerisi təfərrüat” ifadəsi ölkəmiz üçün taleyüklü bu günlərdə yəqin ki, lap yerinə düşər. Xalqımız bu günlərdə bir daha sübut etdi ki, hansı ideoloji, fikir və düşüncəyə xidmət etməsindən asılı olmayaraq bütün siyasi qurumları ilə, iqtidarıyla, müxalifəti ilə millət və dövlət naminə bir yerdə olmağı bacarır. Hər an Ali Baş Komandanın əmrlərinə müntəzirdir. Doğrudan da vətən, onun bütövlüyü və toxunulmazlığı qalan hər bir şeyi kölgədə qoyacaq qədər müqəddəsdir, dəyərlidir. Axı vətənin iqtidarı, müxalifəti olmur–o hamımızındır. Axı şəhidin iqtidarı–müxalifəti olmur, o, evdən yox, eldən gedir. İyul ayının 12-dən başlayaraq erməni silahlı qüvvələri Azərbaycan Respublikasının Tovuz istiqamətində mövqeylərimizi artilleriya ilə atəşə tutmuşlar. Bu insidentin baş verməsi və dinc əhaliyə atəş açmaları Azərbaycana qarşı işğalçı siyasətlərini hələ də davam etdirdiklərinin əyani göstəricisidir.Bütün bunlara baxmayaraq, Azərbaycan xalqı həmrəy olduğunu göstərdi.İyul ayının 14 -ü “Qarabağ süarı altında” keçirilən yürüyüş xalqımızın birliyini göstərdi. Cənab prezident İlham Əliyevin dünənki çıxışı bir daha onu sübut etdi ki,ölkə rəhbəri olaraq hər zaman xalqımızın yanındadır.O,öz çıxışında bildirdi ki: Əgər kimsə vətənpərvər insan olaraq orduda xidmət etmək istəyirsə mən bunu alqışlayıram. Azərbaycan gəncləri hər zaman Ali Baş komandanın əmrini gözləyir.Qısa zaman kəsiyində Azərbaycan bayrağı Ali Baş komandanımız –cənab İlham Əliyevin rəhbərliyi ilə işğal aıtında olan müqəddəz torpaqlarımızda dalğalanacaqdır! Rahib Hacıyev Nəsimi rayon sakini Geri qayıt |