Əsas Səhifə > Siyasət > Kreml Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti şərh etdi
Kreml Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti şərh etdi20-07-2020, 15:42 |
|
“Münaqişənin tez bir zamanda həllinə ümid edirik”. Rubrika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib. “Bilirsiniz, Moskvada, ümumiyyətlə Rusiyada xeyli sayda azərbaycanlı və erməni yaşayır. Onların hamısı Rusiyanın nümunəvi vətəndaşlarıdır. Mən miqrantlardan başqa, məhz Rusiya Federasiyasının vətəndaşlarını nəzərdə tuturam. Onların hamısı bizim cəmiyyətimizin hörmətli üzvləridirlər. Ermənistan-Azərbaycan sərhədində münaqişənin alovlanması bu vətəndaşları biganə qoymadığı açıq-aşkardır və sözsüz ki, onlar bu hadisələrə emosional reaksiya verirlər”, - D.Peskov bildirib. Rubrika.az Geri qayıt |