Əsas Səhifə > Səhiyyə > Azərbaycanda 19 490 nəfər koronavirusdan sağalıb

Azərbaycanda 19 490 nəfər koronavirusdan sağalıb


20-07-2020, 17:10
Azərbaycanda 19 490 nəfər koronavirusdan sağalıb


Hazırkı dövrədək ölkəmizdə 27 min 890 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Rubrika.Az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib:

"Onlardan 19 490 nəfər müalicə olunaraq sağalıb, 363 nəfər vəfat edib. Aktiv xəstə sayı 8 037 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 817, ötən müddət ərzində isə 634 698 test aparılıb.



Rubrika.Az
Geri qayıt