Əsas Səhifə > İdman > "Sevilya" "Milan"ın futbolçusunu aldı

"Sevilya" "Milan"ın futbolçusunu aldı


20-07-2020, 18:07
"Sevilya" "Milan"ın futbolçusunu aldı


İspaniyanın "Sevilya" klubu icarə əsasında komandada çıxış edən Susonu birdəfəlik transfer edib.

Rubrika.Az Report-a istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi İtaliya təmsilçisi "Milan"dan alınıb. Onunla 5 illik müqavilə imzalanıb.

Transferin məbləği açıqlanmayıb, lakin "Sevilya"nın bu keçid üçün 24 milyon avro ödədiyi iddia olunur.

Qeyd edək ki, Suso cari mövsüm bütün turnirlər daxil olmaqla 19 matçda meydanda olub və 1 qol vurub.



Rubrika.Az
Geri qayıt