Əsas Səhifə > Dünya > Qvineya körfəzində Rusiya vətəndaşları girov götürülüb

Qvineya körfəzində Rusiya vətəndaşları girov götürülüb


20-07-2020, 18:20
Qvineya körfəzində Rusiya vətəndaşları girov götürülüb


Qvineya körfəzində “Curacao Trader” tankerindən girov götürülmüş heyət üzvlərindən yeddi nəfəri Rusiya vətəndaşıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın Nigeriyadakı səfirliyi məlumat yayıb. Dəniz quldurları tankerə Benin sahilləri yaxınlığında basqın edərək 19 heyət üzvündən 13-nü girov götürüblər.

Liberiya bayrağı altında üzən, neft və maye kimyəvi maddələr daşıyan “Curacao Trader Shipping” şirkətinə məxsus tanker Afrikanın qərbində yerləşən Toqolez Respublikasının paytaxtı Lome şəhərinin limanından yola çıxmışdı.



Rubrika.Az
Geri qayıt