Əsas Səhifə > Siyasət > Ermənilərin kəşfiyyata göndərilən 2 qurğusu məhv edildi - RƏSMİ

Ermənilərin kəşfiyyata göndərilən 2 qurğusu məhv edildi - RƏSMİ


21-07-2020, 10:35
Ermənilərin kəşfiyyata göndərilən 2 qurğusu məhv edildi - RƏSMİ

Ermənistana məxsus iki ədəd taktiki PUA məhv edilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, iyulun 21-i Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatları (PUA) vasitəsilə gecə saat 00.30 radələrində cəbhənin Ağdam rayonu istiqamətində, səhər saat 08.45 radələrində isə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.
Hərbi Hava Qüvvələrimizin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən hər iki düşmən PUA-sı dərhal aşkarlanaraq dəqiq atəşlə məhv edilib.

Rubrika.Az
Geri qayıt