Əsas Səhifə > Siyasət > Ordu məsələsi: burada zarafata yer yoxdur... – Millət vəkili

Ordu məsələsi: burada zarafata yer yoxdur... – Millət vəkili


21-07-2020, 17:48
Ordu məsələsi: burada zarafata yer yoxdur... – Millət vəkili


"Bütövlükdə ordu barəsində danışanlar çox diqqətli olmalıdırlar".

Rubrika.Az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa son günlər xalqın orduya inamının artdığı bir zamanda bəzi qüvvələrin ordu və rəhbərliyi haqqında sosial şəbəkədə apardığı intensiv anti-təbliğat kampaniyasından danışarkən deyib. Deputat insanların müəyyən narahatlığının anlaşılan olduğunu bildirib:

Ordu məsələsi: burada zarafata yer yoxdur... – Millət vəkili

"Əgər tutarlı, əsaslı faktlar yoxdursa, hansısa gümana, ehtimala dayanan yanaşmalardırsa, bunu dilə gətirməkdən çəkinmək lazımdır. Hətta faktlar olduqda belə, bunu aşkarlamaqdan daha çox müvafiq qurumlara, hüquq-mühafizə orqanlarına təqdim etməyə üstünlük verilməlidir. Çünki hər kəs ordu haqqında hansısa bir arzuolunmaz faktlar ortaya qoyarsa, yaxud da mülahizəni danışsa, onun sonrakı yatadığı problemlər daha böyük olacaq".

Fazil Mustafa bildirib ki, bu məsələdə vətəndaşlar olduqca həssas olmağa borcludurlar:

"Ordu məsələsi olduqca həssas məsələdir ki, burada zarafat eləmək olmaz. Ona zərər vura biləcək hər hansı addımdan qaçmaq hər kəsin borcu olmalıdır".



Rubrika.Az
Geri qayıt