Əsas Səhifə > Cəmiyyət > Lavrov səfirlərlə sərhəddəki münaqişəni müzakirə edib

Lavrov səfirlərlə sərhəddəki münaqişəni müzakirə edib


21-07-2020, 17:59
Lavrov səfirlərlə sərhəddəki münaqişəni müzakirə edib


Rusiya Xarici İşlər naziri Sergey Lavrov, Azərbaycan və Ermənistanın Rusiyadakı səfirləri Polad Bülbüloğlu və Vardan Toganyan bu gün səhər Azərbaycan-Ermənistan sərhəddində vəziyyətin gərginləşməsini və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini müzakirə ediblər.

Rubrika.Az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi açıqlama yayıb. "Görüş zamanı Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsi, Azərbaycan-Ermənistan sərhədində vəziyyətin sabitləşdirilməsi yolunda duran vəzifələr, ATƏT-in Minsk Qrupu həmsədrlərinin təşkilatçılığı altında Dağlıq Qarabağda münaqişənin tənzimlənməsi yolunda səylərin gücləndirilməsi müzakirə edilib",-deyə nazirliyin açıqlamasında qeyd olunub.//Qafqazinfo



Rubrika.Az
Geri qayıt