Əsas Səhifə > Aktual > Serbiya rəhbərliyi Ermənistana silah satışını ciddi araşdırır — Səfirlikdən AÇIQLAMA

Serbiya rəhbərliyi Ermənistana silah satışını ciddi araşdırır — Səfirlikdən AÇIQLAMA


21-07-2020, 18:06
Serbiya rəhbərliyi Ermənistana silah satışını ciddi araşdırır — Səfirlikdən AÇIQLAMA


Azərbaycanın Serbiyadakı Səfirliyinin erməni silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində hücum əməliyyatları zamanı Serbiya istehsalı olan silah-sursatlardan istifadə edilməsi ilə bağlı açıqlama yayıb.

Rubrika.Az xəbər verir ki, Azərbaycanın Serbiyadakı Səfirliyindən Demokrat.az-a verilən məlumatda qeyd olunur:

"Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyi bildirir ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində hücum əməliyyatları zamanı Serbiya istehsalı olan silah-sursatlardan istifadə edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və Xarici İşlər Nazirliyinin müvafiq təlimatları əsasında tərəfimizdən dərhal Serbiya Prezidentinin Amdministrasiyasına, Xarici İşlər Nazirliyinə, eyni zamanda ölkənin digər aidiyyəti dövlət qurumlarına məsələyə izah verilməsi, aydınlıq gətirilməsi məqsədilə rəsmi müraciətlər edilmiş və intensiv görüşlər keçirilməkdədir.

Məsələ ilə bağlı Serbiya Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb və Azərbaycan dövlətinin narazılığı onun diqqətinə çatdırılıb.

Hazırda Serbiya rəhbərliyinin göstərişi ilə mahiyyəti üzrə ciddi araşdırmalar aparılmaqdadır və məlumat əldə edildikdən sonra ictimaiyyətə rəsmi açıqlama veriləcək".



Rubrika.Az

Geri qayıt