Əsas Səhifə > Cəmiyyət > Azərbaycan daha 175 vətəndaşını Gürcüstandan təxliyə edir
Azərbaycan daha 175 vətəndaşını Gürcüstandan təxliyə edir22-07-2020, 09:34 |
|
Gürcüstandan daha 175 Azərbaycan vətəndaşının təxliyəsi prosesinə başlanılıb. "Report"un yerli bürosu xəbər verir ki, vətəndaşların Tbilisidə koronavirusla bağlı verdikləri testlərin nəticəsi neqativ olub. Təxliyə olunan şəxslərə onlarda COVID-19-un aşkarlanmadığını sübut edən xüsusi arayış təqdim edilib. Hazırda vətəndaşlar Azərbaycanın Gürcüstan səfirliyinin binası önünə toplaşır. Onlar saat 10:00-da 4 avtobusla Azərbaycanla sərhəddəki "Qırmızı körpü" sərhəd-keçid məntəqəsinə yola salınacaq. Ölkə ərasisinə daxil olandan sonra həmin şəxslərə yaşadıqları yerə çatmaq üçün birgünlük icazə veriləcək. Qeyd edək ki, bundan öncə Azərbaycan 300-dən çox vətəndaşının Gürcüstandan Vətənə çatdırılmasını təmin edib. Rubrika.az Geri qayıt |