Əsas Səhifə > Dünya > Braziliya Prezidentinin üçüncü koronavirus testi də pozitiv çıxdı

Braziliya Prezidentinin üçüncü koronavirus testi də pozitiv çıxdı


22-07-2020, 17:48
Braziliya Prezidentinin üçüncü koronavirus testi də pozitiv çıxdı



Braziliya Prezidenti Jair Bolsonaronun üçüncü koronavirus testi də pozitiv nəticələnib.

Rubrika.Az xəbər verir ki, bu barədə Braziliyanın Prezident Admnistrasiyası açıqlama verib.

"Prezident Jair Bolsonaro səhhəti hələ də yaxşıdır və həkimlərin müşahidəsi altındadır . Prezidentin bir gün əvvəl, 21 İyulda keçdiyi test pozitiv nəticələnib",-deyə açıqlamada qeyd olunub.

Qeyd edək ki, Bolsonaroya ilk dəfə 7 iyulda koronavirus diaqnozu qoyulmuşdu.



Rubrika.Az
Geri qayıt