Əsas Səhifə > Dünya > ABŞ Çindəki konsulluğunun işini bərpa etməyəcək
ABŞ Çindəki konsulluğunun işini bərpa etməyəcək22-07-2020, 19:14 |
|
ABŞ Çinin Uxan şəhərindəki konsulluğunun işini bərpa etməyi planlaşdırmır. Rubrika.Az “Associated press”ə istinadən xəbər verir ki, bunu ABŞ administrasiyasından bildiriblər. “ABŞ bildirib ki, Çində koronavirusun tüğyan etdiyi vaxtda - yanvarın sonunda Uxan şəhərində bağladığı konsulluğu yenidən açmayacaq”, məlumatda bildirilib. Uxan koronavirusun mənbəyi sayılır. Qeyd edək ki, iyulun 22-də rəsmi Vaşinqtonun ABŞ-ın Hyuston şəhərində yerləşən Çin Baş Konsulluğunun bağlanmasını tələb edilməsi barədə məlumat yayılıb. Rubrika.Az Geri qayıt |