Əsas Səhifə > Hadisə > Oğuzda həmkəndlilər arasında qanlı münaqişə
Oğuzda həmkəndlilər arasında qanlı münaqişə22-07-2020, 19:16 |
|
Oğuz rayonunda bıçaqlanma hadisəsi baş verib. Rubrika.Az-ın Oxu.Az-a istinadən məlumatına görə, hadisə dünən axşam saatlarında rayonun Şirvanlı kəndində qeydə alınıb. Belə ki, həmin kəndin sakini, 1992-ci il təvəllüdlü Pərvin Nəsrəddin oğlu Lətifov şəxsi münaqişə zəminində həmkəndlisi, 1990-cı il təvəllüdlü Röyal Ramiz oğlu Abdullayevə bıçaqla xəsarət yetirib. 30 yaşı Röyal Abdullayev Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisəni törədən 28 yaşlı Pərvin Lətifov Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Rubrika.Az Geri qayıt |