Əsas Səhifə > Aktual > Ermənistana məxsus növbəti PUA məhv edildi - MN+Fotolar
Ermənistana məxsus növbəti PUA məhv edildi - MN+Fotolar22-07-2020, 20:47 |
|
İyulun 22-si axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonunun Ağdam kəndi istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib. Müdafiə Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, Hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmənin növbəti PUA-sı dərhal aşkar olunaraq məhv edilib. Qeyd edək ki, bu son iki gündə məhv edilən 3-cü düşmən PUA-sıdır. Rubrika.Az Geri qayıt |