Əsas Səhifə > Cəmiyyət > Ermənilər azərbaycanlı şairin oğlunun qanını tökdü – Şok görüntü
Ermənilər azərbaycanlı şairin oğlunun qanını tökdü – Şok görüntü23-07-2020, 11:49 |
|
Brüsseldə ermənilərin azərbaycanlılara hücumu zamanı satirik şair Mirzə Sakitin oğlu da xəsarət alıb. Rubrika.Az Yenisabah.az-a istinadla xəbər verir ki, bu barədə satirikin özü bildirib. Onun yazdıqlarını olduğu kimi təqdim edirik: “Bu gün Brusseldə ermənilərlə qarşıdurmada oğlum Cahandarın başını ermənilər daşla yarıblar. Mənə gec xəbər etdilər. Cahandarın özünə telefon etdim, dedi ay ata, mərak etmə igidin başı qalda gərək, mən sənin oğlunam , o Şəhid qardaşlarıma qanım da, canım da qurban olsun. Dedi ata, canına and olsun o alçalqlar məni döysələr də, kişi kimi savaş apardım onlarla, ikisininin də ağzını qanatdım, gücüm ona çatdı... Xəbəri alan kimi dərhal İğdırlı arkadaşlarımın yanına qaçdım. dedim məni ora çatdırın. Cafer Yildiz qardaşım dedi ki, telefon et, nerde olduğunu bildirsin, haman orda olacağız. Şəhidlərimizə qurban olasan, oğlum Cahandar !!....” Rubrika.Az Geri qayıt |