Əsas Səhifə > Media > Xalqın rifahı dövlətin ən başlıca məsələlərindəndir
Xalqın rifahı dövlətin ən başlıca məsələlərindəndir23-07-2020, 17:22 |
|
Vətənimizin torpaqlarına qarşı hər zaman ərazi iddiaları irəli sürən Ermənistan dövləti yenidən 12 iyul tarixində Tovuz rayonu istiqamətində ağır artilleriya silahlarından istifadə edərək növbəti təxribatlara cəhd göstərmişdir.Təxribatlar zamanı əsas ziyan Tovuz rayonunun 6 kəndinə- Ağdam,Əlibəyli, Dondar Quşçu,Vahidli,Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərinə dəyib.Xüsusilədə dinc əhaliyə və əsgərlərimizə qarşı göstərilən bu pis niyyətli əməllər nəticəsində ordumuzda hərbi xidmətini yerinə yetirən 12 nəfər əsgərimiz şəhid olmuş və eyni zamanda dövlət əmlakına və 35 yaşayış məntəqəsinə zərər dəymişdir.Azərbaycan Respublikası Prezidentinin sərəncamının icrası ilə Tovuz rayonunun zərər dəymiş ərazilərinin yenidən bərpası üçün müxtəlif tədbirlər həyata keçirilmişdir və dərhal işçi qurupu yaradılıb,mütəxəssislər cəlb edilib,ekspertlər həmin ərazilərə ezam olunmuşlar.Ekspertlər tərəfindən zərər çəkmiş ərazilər yoxlanılıb qiymətləndirildikdən sonra hökumət tərəfindən Tədbirlər Planı hazırlanacaqdır.Zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin sürətlə həyata keçirilməsi üçün təkliflər Azərbaycan Respublikası Prezidentinə təqdim ediləcəkdir.Bütün işlərin gedişi dövlət başçısının şəxsi nəzarətindədir.Tez bir zamanda Tovuz rayonunun zərər dəymiş əraziləri əvvəlki vəziyyətinə qaytarılacaqdır.Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır. Dövlətimiz vətən uğrunda vuruşanları,şəhid olanları canını fəda edənləri heç vaxt unutmur,onlara və ailə üzvlərinə hər zaman dəstək olur.Dövlət başçısı İlham Əliyevin tapşırığı ilə şəhid general Polad Həşimov və şəhid polkovnik İlqar Mirzəyevin ailəsinə ev verilmişdir. Mehriban Əliyeva Tovuz istiqamətində şəhid olan 12 hərbçinin ailə üzvlərinin bütün qayğılarının daim Heydər Əliyev Fondunun nəzarətində olması haqqında tapşırıq vermişdir. Şəhid ailələri birdəfəlik yardım və dövlət hesabına evlə təmin olunur (indiyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7600-ə yaxın mənzil və fərdi ev verilib). 2016-cı il Aprelin 1-dən 2-nə keçən gecə Ağdam və Tərtərdə baş vermiş Aprel döyüşlərində də Erməni silahlı qüvvələrinin intensiv atəşi nəticəsində mülki əhaliyə ziyan dəymiş və ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında 2016- cı il may ayının 2-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən,mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Ağdam və Tərtər Rayon İcra Hakimiyyətlərinin hər birinə 3 milyon manat vəsait ayrılmışdır Tərtər rayonunda ciddi dağıntıya məruz qalmış 4 ev yenidən tikilib,8 ev bərpa olunub həmçinin 19 evdə əsaslı,231 evdə isə cari təmir işləri aparılıb.Bundan başqa Tərtər şəhər 6 saylı tam orta və 120 şagird yerlik Qazyan kənd ümumi orta məktəblərində əsaslı təmir edilib.Ağdam rayonunda 5-i üçotaqlı,3-ü dördotaqlı olmaqla 8 ev yenidən tikilib,15 ev tamamilə bərpa olunub,27 ev əsaslı təmir edilib,693 evdə cari təmir işləri görülüb.Bundan əlavə bir məktəb və iki uşaq bağçasında əsaslı təmir işləri həyata keçirilib.Bütün ziyan dəymiş evlərin və sosial obyektlərin tikintisi,təmiri və bərpası işləri 6 ay ərzində başa çatdırılmışdır.Cəbhəyanı rayonlarda infrastruktur bərpa olunur,yeni qəsəbələr salinir,yeni təsərrufatlar,müəssisələr yaradılır.Aprel döyüşləri nəticəsində düşməndən geri aldığımız Prezident İlham Əliyevin yeni həyat bəxş etdiyi və “Böyük Qayıdış” ın rəmzinə çevrilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində görülən işlər buna əyani misaldır. Bütün bu görülən işlər bir daha təsdiqlədi ki Azərbaycan dövləti və Xalqı hər zaman bir-birini dəstəkləyir. Zidan Həsənli Nəsimi RİH könüllüsü Geri qayıt |