Əsas Səhifə > Hadisə > Hacıqabulda külli miqdarda metamfetamin aşkar edilib
Hacıqabulda külli miqdarda metamfetamin aşkar edilib23-07-2020, 18:30 |
|
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Rubrika.Az daxil olan xəbərə görə, əldə edilmiş məlumat əsasında Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Fəda Veyisovun idarə etdiyi “Mersedes” markalı avtomobil və onun sərnişinləri – Bakı şəhər sakinləri Şirxan Əhmədov və Samir Calalov ilə birgə rayon ərazisində saxlanılaraq Polis Şöbəsinə gətirilib. Avtomobilə baxış keçirilən zaman Ş. Əhmədova məxsus 1 ədəd bükümdə 130 qrama yaxın metamfetamin aşkar edilərək götürülüb. S. Calalovun da üzərinə baxış keçirilərkən onun üzərindən metamfetamin aşkar edilib. Davam etdirilən tədbirlərlə yuxarıda adıçəkilən şəxslərə narkotik vasitəni satan şəxsin Şirvan şəhər sakini Aris Səfərov olduğu müəyyən edilib. A. Səfərov da saxlanılaraq Polis Şöbəsinə gətirilib və onun üzərinə baxış keçirilən zaman 45 qramdan artıq metamfetamin aşkar edilərək götürülüb. Faktla bağlı Hacıqabul RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirlir. Rubrika.Az Geri qayıt |