Əsas Səhifə > Cəmiyyət > BDYPİ-nin binasında partlayış olub? - Rəsmi açıqlama
BDYPİ-nin binasında partlayış olub? - Rəsmi açıqlama24-07-2020, 17:21 |
|
Baş Dövlət Yol Polisi İdarəsinin İnzibati binasında partlayış olması ilə bağlı məlumat yayılıb. Rubrika.Az-ın məlumatına görə, məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, məlumat yalandır: "İmtahan prosesi zamanı qısa qapanma olub, işıqlar sönüb.Hazırda generator qoşulub.Problemin aradan qaldırılması üçün tədbir görülüb.Heç bir partlayış baş verməyib. Yazılan məlumat əsassızdır." Rubrika.Az Geri qayıt |