Əsas Səhifə > Cəmiyyət > Moskvada ermənilər və azərbaycanlıların iştirak etdiyi kütləvi dava ilə bağlı cinayət işi açılıb
Moskvada ermənilər və azərbaycanlıların iştirak etdiyi kütləvi dava ilə bağlı cinayət işi açılıb24-07-2020, 18:50 |
|
Rusiyanın paytaxtı Moskva şəhərinin cənub-şərqində ermənilərlə azərbaycanlılar arasında baş vermiş kütləvi dava ilə bağlı cinayət işi açılıb. Rubrika.Az-ın Report-a istinadən məlumatına görə, Rusiya Federasiyası Cinayət Məcəlləsinin xuliqanlıq və soyğunçuluq maddələri üzrə cinayət işi başladılıb. Ümumilikdə 25 nəfər saxlanılıb. Dava dünən gecə Lyublinoda olub. Polisdən iğtişaşlarda iştirak edənlərə 5 il müddətinə Rusiyaya giriş qadağasının qoyula biləcəyi xəbərdarlığı edilib. Daha əvvəl ermənilərin Moskvada azərbaycanlıya məxsus restoranda iğtişaş törətdiyi bildirilmişdi. Rubrika.Az Geri qayıt |