Əsas Səhifə > Hadisə > Şirvanda üç maşın toqquşub, xəsarət alanlar var - FOTO
Şirvanda üç maşın toqquşub, xəsarət alanlar var - FOTO24-07-2020, 19:01 |
|
Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsində zəncirvarı qəza baş verib. Rubrika.Az-ın APA-ya istinadən xəbərinə görə, “VAZ-2107” markalı avtomobil yüksək sürətlə qarşı tərəfin hərəkət zolağına çıxaraq "Mitsubishi Pajero" və "Chevrolet" markalı avtomobillərlə toqquşub. Nəticədə sürücülər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib. “VAZ-2107”nın sürücüsünün vəziyyəti ağır olduğundan o reanimasiyaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Rubrika.Az Geri qayıt |