Əsas Səhifə > Hadisə > Qəbələdə karantin qaydalarını pozan hazırlıq mərkəzi aşkarlandı

Qəbələdə karantin qaydalarını pozan hazırlıq mərkəzi aşkarlandı


24-07-2020, 19:22
Qəbələdə karantin qaydalarını pozan hazırlıq mərkəzi aşkarlandı


Qəbələ Rayon İcra Hakimiyyəti və Polis Şöbəsi əməkdaşları tərəfindən birgə keçirilən tədbirlər nəticəsində şəhər ərazisində karantin qaydalarını pozaraq, gizli fəaliyyət göstərən özəl uşaq hazırlıq mərkəzi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Rubrika.Az-a verilən məlumata görə, dərhal həmin mərkəzin fəaliyyəti dayandırılıb. Obyekti işlədənə, uşaqların valideynlərinə və müəllimlərə ölkədə elan eilmiş karantin rejiminin qaydaları və tələbləri izah olunub.



Rubrika.Az
Geri qayıt