Əsas Səhifə > Cəmiyyət > Deputat dünya çempionu və ailəsi koronavirusa yoluxdu

Deputat dünya çempionu və ailəsi koronavirusa yoluxdu


27-07-2020, 17:11
Deputat dünya çempionu və ailəsi koronavirusa yoluxdu


Biatlon üzrə rusiyalı dünya çempionu Anton Şipulin koronavirusa yoluxub.

Rubrika.Az-ın Report-a istinadən məlumatına görə, bu barədə 33 yaşlı keçmiş idmançı şəxsi "Instagram" hesabında paylaşım edib.

Dövlət Dumasının deputatı ilə yanaşı, onun ailə üzvləri - həyat yoldaşı Luiza və qızı Mirada da infeksiya aşkarlanıb.

Qeyd edək ki, Anton Şipulin 2016-cı ildə İtaliyada keçirilmiş dünya çempionatının estafet yarışında qızıl medal qazanıb. O, həmçinin 2010-cu ildə Kanadanın Vankuver şəhərində təşkil olunmuş XXI Qış Olimpia Oyunlarının bürünc mükafatçısıdır.



Rubrika.Az
Geri qayıt