Əsas Səhifə > Hadisə > İcazəsi olmadan Qusara istirahətə gedən 16 nəfər cərimələnib
İcazəsi olmadan Qusara istirahətə gedən 16 nəfər cərimələnib27-07-2020, 19:35 |
|
Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən reydlər zamanı sərtləşdirilmiş karantin rejimi elan olunan şəhər və rayonlardan qaydaları pozaraq qeyri-qanuni yollarla Qusar rayonuna istirahətə gələn şəxslər barəsində tədbirlər görülüb. Rubrika.Az APA-ya istinad edərək xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən qaydalarını pozan ümumilikdə 16 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1–ci maddəsi ilə protokol tərtib olunub və həmin şəxslər 200 manat miqdarında cərimələnib. Onlar arasında çalışdıqları dövlət idarələri və müəssisələri tərəfindən verilmiş xüsusi icazələrdən sui-istifadə edənlər də olub. Rubrika.Az Geri qayıt |