Əsas Səhifə > Cəmiyyət > Azərbaycanda su təsərrüfatının inkişafı

Azərbaycanda su təsərrüfatının inkişafı


28-07-2020, 09:16

Ölkəmizdə bütün infrastruktur layihələri durmadan inkişaf edir. Bu layihələrin arasında su layihələri xüsusi yer tutur. Azərbaycanın meliorasiya və su təsərrüfatı dayanıqlı inkişaf yolundadır.

İnfrastruktur layihələri arasında su təsərrüfatı və meliorasiya layihələri vacib yer tutur. Azərbaycanda son illərdə su layihələrinin vəziyyəti müsbət tərəfə doğru dəyişib, onların arasında Oğuz-Qəbələ-Bakı su kəməri xüsusi yer tutur. Taxtakörpü su anbarının layihəsi tarixi hadisədir. Böyük su layihələrindən biri də Ceyranbatan su anbarının qurulmasıdır. Şəmkirçay su anbarı böyük əhəmiyyət daşıyır. Bir neçə rayon bu su anbarının imkanlarından faydalanır. Cənub zonasında Göytəpə və Tovuzçay su anbarları inşa edilib. Su insan sağlamlığı üçün böyük əhəmiyyət daşıyır.
Cənab prezident İlham Əliyev meliorasiya və su təsərrüfatının respublikamızın iqtisadiyyatında, ölkə ərazisinin ekoloji cəhətdən təmiz və dayanıqlı ərzaq məhsulları ilə etibarlı təminatındakı rolunu nəzərə alaraq su layihələrinin əhəmiyyətini qəbul etdiyi qərarlarda göstərmişdir. Qədim suvarma əkinçiliyi ölkəsi olan Azərbaycanda kənd təsərrüfatının yüksəlişində, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatının həllində su təsərrüfatı və meliorasiya vacib yer tutur.

Əlizadə Zeynəb
Nəsimi rayon gənci

Geri qayıt