Əsas Səhifə > Media > Azərbaycanı inamla irəli aparan Prezident
Azərbaycanı inamla irəli aparan Prezident28-07-2020, 09:27 |
![]() Bu gün Azərbaycan dünyanın iqtisadi cəhətdən ən dinamik inkişaf edən ölkələrindən biridir. İstər regionda, istərsə də beynəlxalq müstəvidə öz yeri, rolu və xüsusi çəkisi olan ölkədir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət idarəçiliyi, daxili və xarici siyasət kursu Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında çox böyük uğurla davam edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sosial-iqtisadi sahədə genişmiqyaslı islahatlar aparmaqla xalqın rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atıb. Dövlət başçısının uğurlu siyasəti nəticəsində mütəmadi olaraq çox mühüm nailiyyətlər əldə edilir. 2020-ci il iyulun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda müşavirə keçirilib. İnfrastruktur layihələri arasında su layihələrinin xüsusi yeri vardır. İnfrastruktur layihələrinin ardıcıl şəkildə icrası nəticəsində ölkəmiz sürətlə inkişaf edib. Ölkə başçısı öz çıxışında qeyd edərək bildirmişdir ki, enerji sektoruna qoyulan vəsait, bu sahədə aparılan müasirləşmə imkan yaratdı ki, biz özümüzü artıq uzun müddət ərzində elektrik enerjisi ilə təmin edək. Bizim əlavə generasiya güclərimiz nəticəsində ixrac imkanlarımız da yaranıb, 30-dan çox elektrik stansiyamız enerji təhlükəsizliyini təmin edir. Görülən tədbirlər nəticəsində ölkəmizdə qazlaşdırma 96 faizə çatıb. Eyni zamanda nəqliyyat infrastrukturu böyük dərəcədə müasirləşib. Davos Ümumdünya İqtisadi Forumunun hesabatına əsasən hava nəqliyyatının səmərəliliyinə görə Azərbaycan dünyada 11-ci, dəmir yollarının səmərəliliyinə görə isə 12-ci yerdədir. Avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan 27-ci yerdədir. Bütövlükdə infrastrukturla bağlı olan vəziyyətə görə Azərbaycan dünya miqyasında 34-cü yerdədir. 2004-cü ildə Azərbaycanda içməli su ilə təminat 40 faiz səviyyəsində idisə, həyata keçirilən su və meliorasiya layihələri nəticəsində bu gün bu rəqəm 70 faizə çatıbdır. Su həyat deməkdir. İlk növbədə, insanların sağlamlığı böyük dərəcədə təmiz içməli sudan asılıdır. Məhz bu səbəbdən ölkə ərazisində su qıtlığının qarşısını almaq məqsədilə bir sıra su anbarları, su kəmərləri çəkilmişdir. Onların arasında Oğuz-Qəbələ-Bakı su kəməri xüsusilə qeyd edilməlidir. Layihələr içərisində Taxtakörpü su anbarının tikintisi tarixi layihədir. Çünki bu anbarın su tutumu kifayət qədər böyükdür - 270 milyon kubmetr. Digər böyük layihə Ceyranbatan su anbarının yenidən qurulması və müasir təmizləyici qurğuların inşa edilməsidir. Ölkənin bütün rayonlarının su ilə təchizatına xüsusi diqqət yetirilir. Prezidenti İlham Əliyevin daxili siyasəti xalqın milli maraqlarına əsaslanır, ölkənin sosial-iqtisadi inkişafına və insanların rifah halının ildən-ilə yaxşılaşmasına çalışır. Bunun nəticəsidir ki, dövlət başçısı ölkə əhalisi tərəfindən ciddi dəstəyə malikdir. Xatirə Fehruzzadə Nəsimi rayon təhsil işçisi Geri qayıt |